ABŞ Hummer i Çinə satdı
10 Oktyabr 2009 Şənbə 13:51
ABŞ-ın «General Motors» (GM) avtomobil konserni Çinin «Sichuan Tengzhong Heavy Industrial Machinery» şirkəti ilə «Hummer» brendinin satılmasına dair saziş imzalayıb.
«APA-ECONOMICS»in məlumatına görə, sazişə əsasən, Çin şirkəti «Hummer» brendinə, müvafiq ticarət nişanlarına və adlarına, həmçinin «Hummer» avtomobillərinin istehsalına dair patent olunmuş lisenziyalara sahib olub.

Bəzi məlumatlara görə, Çin şirkəti GM-dən «Hummer»i 150 mln. ABŞ dollarına alıb.

Qeyd edək ki, bundan başqa, GM ona məxsus «Saturn» və «Pontiac» brendlərini ləğv etmək, həmçinin «Saab» brendini satışa çıxarmaq niyyətindədir.ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar