ABŞ-da minik avtomobillərinin satışı 17% artıb
04 May 2011 Çərşənbə 11:58
Cari ilin aprel ayında ABŞ-da minik avtomobillərinin satışı 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 17% artaraq 13 mln. 170 min ədədə çatıb.


Bakı - APA-Economics. Cari ilin aprel ayında ABŞ-da minik avtomobillərinin satışı 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 17% artaraq 13 mln. 170 min ədədə çatıb.

“APA-Economics”in xəbərinə görə, bazarın öyrənilməsi ilə məşğul olan “AutoData Corp.” Təşkilatının yaydığı açıqlamada bildirilir ki, bu ilin mart ayı ilə müqayisədə satış həcmi 0,8% artıb.

Satış həcminə görə liderlik “General Motors”a məxsusdur - 232 538 ədəd (artım 26,4%). Aprel ayında “Ford Motor” 189 778 (+16,4%), “Toyota Motor” 159 540 (+1,3%), Honda 124 799 (+9,8%) avtomobil satıb. “Chrysler Group” və “Nissan”ın satış həcmi isə müvafiq olaraq 22,5% və 12,2% artıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar