ABŞ-da internet üzrə rəhbər olacaq
29 May 2009 Cümə 10:00
"İnternet rəhbəri" dövlət və fərdi kompüter sisteminin haker və cinayətkar dəstələr, eləcə də terrorçu və casuslardan müdafiə edilməsi istiqamətində xalqın səylərini əlaqələndirəcək

Bu gün ABŞ prezidenti Barak Obamanın internet üzrə rəhbər vəzifə təyin edilməsi ilə bağlı göstəriş verəcəyi gözlənir. İnternet rəhbəri  dövlət və fərdi kompüter sisteminin haker və cinayətkar dəstələr, eləcə də terrorçu və casuslardan müdafiə edilməsi istiqamətində xalqın səylərini əlaqələndirəcək. İnternet rəhbəri həm milli təhlükəsizlik üzrə məsləhətçi, həm də Milli İqtisadi Şura başçısına hesabat verəcək.
Qeyd etmək lazımdır ki, seçim prosesi davam etdiyindən bu gün Obama heç bir namizəd adı açıqlamayacaq. /ANS PRESS/ 



DOSTLARINLA PAYLAŞ:

oyunlar