ABŞ-da internet baha və zəifdir
29 Oktyabr 2013 Çərşənbə Axşamı 11:26
150 Mbit/s sürətində internetə çıxış Avropada orta qiyməti 77 dollar və daha az olduğu halda ABŞ-da 130 dollara başa gəlir.
ABŞ-da internet Avropa ölkələrindən baha və zəifdir. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, 150 Mbit/s sürətində internetə çıxış Avropada orta qiyməti 77 dollar və daha az olduğu halda ABŞ-da 130 dollara başa gəlir.

Amerikalılar mobil internet qiymətlərindən də narazılıq edirlər. Aparılan araşdırmalar göstərir ki, “T-Mobile” operatorunda 2 giqabaytlıq trafikin aylıq qiyməti 30 dollar təşkil edir. Bu isə Londonda fəaliyyət göstərən eyni operatorun qiymətindən 2 dəfə bahadır. ABŞ şəhərində 2 giqabaytlıq trafik istənilən Avropa şəhərindən baha başa gəlir".

Bundan başqa, araşdırma zamanı ən münasib internet qiymətlərinin Seul və Tokioda (1 giqabit üçün 32 dollar), eləcə də Riqada (500 Mbit/s üçün 9,22 dollar) olduğu aşkar olunub.

ABŞ-da kompleks təkliflərin qiyməti də bahadır. Belə ki, Seulda televiziya, telefon və internet ödənişlərinin daxil olduğu tarif üçün 14,5 dollar (internet sürəti 10 Mbit/s) ödəməli olduğu halda Kanzasda bu göstərici 112 dollar təşkil edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar