ABŞ-da ilin ən etibarsız maşınları müəyyənləşdirilib
31 Dekabr 2009 Cümə Axşamı 10:50
Siyahıya bəzi avtomobillərdə sürətin nəzarətsiz artımının qeydə alındığı “Toyota” başçılıq edir
ABŞ-da ilin ən etibarsız maşınlarının siyahısı hazırlanıb. Siyahıya “Toyota” başçılıq edir. Buna səbəb bəzi avtomobillərdə sürətin nəzarətsiz artımı ilə bağlı yaranmış qalmaqaldır. Konsern 4 milyon 300 minə yaxın maşını geri qaytarmalı və tamamlanmaya göndərilmişdi.

Etibarsızlığına görə ikinci yeri “Ford” avtomobilləri tutub. Bu avtomobillərdəki qüsurlar daha əhəmiyyətsiz olub. Bunlardan ən başlıcası kruiz-nəzarət rejiminə keçidlə bağlı problemlərdir. Nəticədə 4,5 milyon minik avtomobili geri çağırılıb.

Ümumilikdə 2009-ci ildə Amerikada 15 milyon avtomobil satılıb. Onlarlar 200 minində qüsur aşkarlanıb. Bu, 2008-ci ildəkindən iki dəfə pis göstəricidir. Nəticədə istehlakçılarda narahatlıq yaranmağa başlayıb ki, böhran dövründə avtomobil istehsalçıları da qənaət etməyə çalışırlar. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar