3 G-li telefonlar "mikrodalğalı soba" kimidir"
27 Dekabr 2010 Bazar Ertəsi 17:45
Türkiyəli professor bu cür telefonların insanların sağlamlığına mənfi təsir göstərdiyini deyir
3G-li cib telefonları 2100 MHz, mikrodalğalı sobaların isə 2450 MHz tezliklə işlədiyi məlum olub. Türkiyənin Sakarya Universitetinin elektrik-elektronik mühəndisliyi bölməsinin rəhbəri, Professor Doktor Osman Çərəzçi Anadolu agentliyinə müsahibəsində bildirib ki, bu cür elektromaqnit radiasiyaya məruz qalmaq insanların sağlamlığına mənfi təsir edir.

"3G-li cib telefonları 2100 MHz tezliklə, mikro dalğalı sobalar isə 2450 MHz tezliklə işləyir. Bir-birinə çox yaxın tezliklərdir. 1800 MHz-də zərərlidir, ancaq 2100 MHz tezliklə işləyən bir cib telefonu, mikrodalğalı alətdir. Siz onu beyninizə tuşlayırsınızsa, danışdığınız müddət ərzində beyniniz süalanır. 3G-li telefonla danışmaq, mikrodalğalı sobanı qulağa tutmaqla eynidir. Bu zaman o, beyinə elektromaqnit dalğalarla zərər verir", deyə Osman Çərəzçi bildirib.

Professorun sözlərinə görə, bütün bunlar beyin şişi, xərçəng, yorğunluq, leykemiya, sonsuzluq, yaddaş zəifliyi, iştahasızlıq, yuxu pozğunluğu, depressiya kimi bir çox xəstəliklərə və narahatlığa səbəb olur.

"Mikrodalğalı sobalarda niyə 2450 tezlik seçilir? 2450 MHz ət kimi qidalara, bioloji məhsullara ən çox elektromaqnit süalandırmanı edən tezlikdir. Ünsiyyət edərkən mikrodalğalı sobanı başımıza tutmuş kimi oluruq. Mikrodalğalı sobaya bir sümük, bir də ət qoyun. Ət dərhal bişər və əti əlinizlə tuta bilməzsiniz. Sümüyü isə əlinizə ala bilərsiniz.

Uşaqlarımız və gənclərimiz də ət kimi eyni quruluşa sahibdirlər. Bu tip telefonlar uşaqlara və gənclərə daha çox təsir edir. Uzun müddət danışan bir adamın bundan təsirlənməməsi mümkün deyil. Araşdırmalar cib telefonu ilə beyin xərçəng arasında əlaqə olduğunu ortaya çıxarıb".


DOSTLARINLA PAYLAŞ:

oyunlar