27 min koreyalı Apple şirkətini məhkəməyə verib
18 Avqust 2011 Cümə Axşamı 14:44
İddia materiallarında qeyd olunur ki, Apple qurğuları əvvəlcədən xəbərdarlıq etmədən onların sahiblərinin hərəkətlərini izləyir
Cənubi Koreyanın 27 minə yaxın vətəndaşı ABŞ-ın Apple şirkətinə qarşı kollektiv məhkəmə iddiası irəli sürüb.
Belə ki, koreyalılar ABŞ şirkətini iOS əməliyyat sistemi ilə işləyən mobil qurğularda məxfilik qaydalarının pozulmasında günahlandırırlar. İddia materiallarında qeyd olunur ki, Apple qurğuları əvvəlcədən xəbərdarlıq etmədən onların sahiblərinin hərəkətlərini izləyir.
İddiaçılar iPhone istehsalçısından 27 milyard Koreya vonu və ya 25,3 milyon ABŞ dolları məbləğində kompensasiya ödənişi tələb edirlər. Koreyalıların məhkəmədə qalib gəldiyi təqdirdə iddiaçının hər birinə təxminən 936 dollar ödəniləcək.
Xatırladaq ki, bundan əvvəl Apple analoji məhkəmədən məğlub ayrılıb. Cənubi Koreyada gedən məhkəmə prosesinin yekunlarına əsasən iPhone istehsalçısı iddiaçını qeyri-qanuni izlədiyinə görə ona 945 dollar məbləğində kompensasiya ödəmək məcburiyyətində qalıb.
DOSTLARINLA PAYLAŞ: