1,6 milyard insan internetdən istifadə edir
10 Dekabr 2009 Cümə Axşamı 18:05
1,6 milyard insan internetdən istifadə edir. 2013-cü ildə bu göstərici 2,2 milyarda çatacaq.
2013-cü ilə kimi internetə bir milyarda yaxın mobil qurğu qoşulacaq. Bu barədə IDC analitik şirkətin proqnozlarında qeyd olunur. Bu zaman Şəbəkəyə qoşulmuş mobil istifadəçilərin sayı 900 milyona çatacaq. Çünki onlardan bəziləri artıq eyni zamanda bir neçə mobil qurğudan istifadə edir.
Mobil istifadəçilərin internet-mağazalara daha çox daxil olacaqları proqnozlaşdırılır. Bu isə elektron ticarətin artmasına gətirib çıxaracaq. Bundan əlavə bir çox şirkətlər tərəfindən öz əməkdaşlarının mobil qurğularını internetlə təmin olunacağı da proqnozlaşdırılır.
Hazırda dünya üzrə 4 milyarddan çox mobil rabitənin təmin olunmasına dair abunəçi müqavilələri mövcuddur. Lakin əksər hallarda istifadəçilər mobil telefonlarını şəbəkəyə çıxış üçün işlətmir.
Hələ ki, ən çox internetə qoşulmalar ABŞ-da müşahidə olunur, lakin mobil sektora Çin liderlik edir. Burada istifadəçilər 85 milyon portativ qurğular vasitəsilə Qlobal Şəbəkədə işləyir.
2009-cu ildə mobil istifadəçilərin sayı 450 milyon olub. Ümumən isə internetdən 1,6 milyarda yaxın insan istifadə edib. 2013-cü ildə bu göstərici 2,2 milyarda çatacaq.
Öz növbəsində cari ildə şəbəkəyə 1,6 milyarddan çox stasionar və mobil qurğular qoşulub, o cümlədən kompüter və oyun qurğuları. 2013-cü ildə isə internetə çıxış üçün 2,7 milyard qurğudan istifadə olunacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: