Zoologiya institutunun heyvanları
03 May 2014 Şənbə 23:50
Zoologiya muzeyində bir çox heyvanların müqəvvası qorunur.
Zoologiya muzeyində bir çox heyvanların müqəvvası qorunur.

ANS PRESS-in verdiyi məlumata görə, Moskvadan Azərbaycan ərazisinə keçən fil heç nümayişə çıxarılmamış canını tapşırır. Onun yol kənarına atılmış dərisindən isə zoologiya inistutunun əməkdaşları, daha dəqiq desək, Vacib İmanov yararlanır və onun üzərində 2 il yarımdır ki, işləyir.

Rəssam müqəvvaçı Vacib İmanov: “Dərinin çəkisi 1 tona qədər idi. O dərini 45-50 kiloqrama qədər yonmuşam".

Əl zəhməti göz nuru ilə başa gələn bu müqəvva indi muzeyin ən sevimli eksponatlarından birinə çevrilib. Muzeyin tez-tez dəyişən temperaturunda bu heyvanların əsil dərisini qoruyub saxlamaq o qədər də asan deyil.

Müsahibim deyir ki, yaz-payız buranı dərmanlamaqla onları məhv olmaqdan qoruyuruq. Çünki həmin dəriləri əldə etmək böyük hünər tələb edir.

Zamanında müsahibim həyatını təhlükəyə ataraq bu heyvanları ovlayıb, dərisini əldə edib.

Rəssam müqəvvaçı Vacib İmanov: “Dağlara çıxırıq, ölçülərini götürürəm. Dərmanlayıram və maketini hazırlayıram. Mərgümüşlə işləyirəm".

Fildən sonra muzeydə ikinci böyük eksponat zürafəyə məxsusdur. O da Azərbaycan faunasına aid deyil. Amma Vacib İmanov onu da əldə etməyi bacarıb.

Rəssam müqəvvaçı Vacib İmanov: “Azərbacanda yaşamır. Leninqrad şəhərində düzəltmişəm".

İndi muzey əməkdaşları dağ qoyunu, bezuar keçisi ovlamaq üçün növbəti ova hazırlaşır. Bu isə cəsarət tələb edir. Məsələn, Balakən ərazisinə məxsus qonur ayı, dağ keçisini ovlamaq hər kişinin işi deyil. Başı buynuzlu maralı ovlamaq üçün müsahibim düz bir ay heyvanı dağlarda güdməli olub.

Elə hesab etməyin ki, Vacib müəllim bu ovları qeyri-qanuni həyata keçirir. Bunun üçün o, Ekologiya və Təbii Sərvətlər nazirliyindən xüsusi icazə də alır. Muzeyin digər bir otağında isə sürünənlər və quşlar bölümü var. Burada ən zəhərli ilanları, məsələn pitonu görə bilərsiniz. Həmçinin qışlamaq üçün vətənimizə üz tutan qızılqazları, vağları böyük suların ən yırtıcı heyvanı olan köpəkbalığının eksponatına rast gəlmək mümkündür.

Gözünüzü və könlünüzü oxşayan mənzərəni siz də görmək istəyirsinizsə, zoologiya institutunun muzeyinə baş çəkə bilərsiniz. Giriş pulsuzdur.



DOSTLARINLA PAYLAŞ:

oyunlar