Ziya Məmmədovun qardaşı qızı qəzada öldü
28 Avqust 2014 Cümə Axşamı 11:36
Mərhumun həyat yoldaşı “Garant Holding”in Müşahidə Şurasının üzvü Emil Ələsgərovdur.
Ziya Məmmədovun qardaşı qızı dünyasını dəyişib.

ANS PRESS-in oxu.az-a istinadən verdiyi məlumata görə, qəza dünən axşam saatlarında Bakı-Quba magistral yolunda baş verib. Minik avtomobili ağır yüklü maşınla toqquşub. Avtomobili idarə edən sürücü yüngül xəsarət alıb.

Qeyd edək ki, mərhumun həyat yoldaşı “Garant Holding”in Müşahidə Şurasının üzvü Emil Ələsgərovdur.

Faktla bağlı araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar