Ziya Məmmədov: "Yeni taksilər həqiqətən də Çində istehsal olunur"
17 İyun 2011 Cümə 15:27
Ziya Məmmədov: "Amma İngiltərə texnologiyası ilə düzəldilirlər"
Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov Bakıda yeni fəaliyyətə başlayan London taksilərinin Çində istehsal olunması barədə məlumatlara münasibət bildirib. Nazirin sözlərinə görə, burada qeyri-adi heç nə yoxdur. Hazırda dünyanın bir çox aparıcı şirkətlərinin məhsulları Çində istehsal olunur və London taksilərinin burada yığılması onların keyfiyyətinə xələl gətirmir.
“London taksisinin Çində yığılması o demək deyil ki, bu taksilər Çin taksisidir. Bəli, Çində istehsal olunur, amma London şirkətinin təşkilatçılığı ilə. Bunlar İngiltərə texnologiyası ilə düzəldilən avtomobillərdir. Biz də bu taksiləri gətirmişik. Cənab prezidentimiz şəxsən özü onları bəyənib. Hətta rəngini də cənab prezident özü seçib”, - deyə Ziya Məmmədov vurğulayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: