Zeyneb Xanlarova: Burda çoxlu qarabağlılar var, amma onlar danışmırlar
29 Oktyabr 2013 Çərşənbə Axşamı 13:54
Millət vəkili Zeyneb Xanlarova parlamentin iclaslarında müzakirə edilən mövzulara etirazını bildirib.
"Mənim nəyimə lazımdır hansı ölkədə kim-kimə telefonda qulaq asıb?" Bunu xalq artisti, millət vəkili Zeynəb Xanlarova parlamentin plenar iclaslarında müzakirə edilən mövzulara etiraz edərkən deyib.
Spikerdən söz istəyən deputat bildirib ki, başqa ölkələrin heç kim oxumayan qərarını çox uzadıb iclasda müzakirə etməyə dəyməz:
"Başqa ölkələrdə nə olursa, başlayırlar burda müzakirə etməyə. Mənim nəyimə lazımdır hansı ölkədə kim-kimə telefonda qulaq asıb? Gəlin Qarabağdan danışaq, orda bizim xalqımız qırılıb. Burda çoxlu qarabağlılar var, amma onlar danışmırlar. Qarabağdan danışanlar elə demək olar ki, Qarabağdan olmayanlardır. Onlar Qarabağdan danışsınlar, axı onların da bir sürü yetim-yesiri var".
DOSTLARINLA PAYLAŞ: