Zərdabın yaşayış məntəqələrinə təbii qaz çəkilir
31 May 2010 Bazar Ertəsi 06:20
2013-cü ilədək Zərdabın 39 kənd yaşayış məntəqəsinə təbii qaz veriləcək.
Təbii fəlakətin törətdiyi çətinliklərə baxmayaraq Zərdab rayonunun indiyədək qaz verilməyən qəsəbə və kəndlərinə qaz xətlərinin şəkilməsinə başlanılıb. Zərdab şəhərinin 15-ci məhəlləsində, şəhərə bitişik Təzəkənd yaşayış məntəqəsində qazlaşdırma ilə bağlı əsas işlər başa çatdırılıb. Rayonun Qaravəlli, Gəlmə və Salahlı kəndlərinə isə xətlərin çəkilməsinə başlanılıb. Bu məqsədlə diametri 100 və 50 millimetr olan polietilen borulardan istifadə olunur. Dövlət Proqramına uyğun olaraq, 2013-cü ilədək Zərdabın Bəyimli qəsəbəsinə və 39 kənd yaşayış məntəqəsinə təbii qaz veriləcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar