Zəlimxan Yaqub Almaniyada xəstəxanaya yerləşdirilib
03 Sentyabr 2011 Şənbə 11:34
Xalq şairi böyrək çatışmazlığından əziyyət çəkir
Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub Almaniyanın Hannover şəhərində xəstəxanaya yerləşdirilib. Şairin ailəsindən ANS PRESS-ə verilən məlumata görə, Z. Yaqub böyrək çatışmazlığından əziyyət çəkir və 15 gündür Almaniyada xəstəxanada müalicə olunur. Xanımının sözlərinə görə, xalq şairinin vəziyyəti yaxşıdır, ancaq onun Vətənə nə vaxt qayıdacağı bilinmir. Onun Almaniyada əməliyyat olunacağı gözlənilmir.

Xatırladaq ki, Zəlimxan Yaqub 2010-cu ilin sentyabrında Türkiyədə cərrahiyyə əməliyyatı olunmuşdu.
Onun böyrəyindən şiş götürülmüşdü. 2010-cu ilin martında isə o, Bakıda ayağından əməliyyat olunub. İki il əvvəl Türkiyədə xalq şairinin bir böyrəyi çıxarılıb. Bundan bir qədər əvvəl isə Almaniyada ürəyindən cərrahiyə əməliyyatı keçirib.




DOSTLARINLA PAYLAŞ:

oyunlar