Zeherlenen valideynler koma veziyyetinden çıxıb
02 Noyabr 2013 Şənbə 10:19
Azer Maqsudov: Veziyyeti daha ağır olan Mehriban Hemzeyeva 1-ci dereceli koma veziyyetinden çıxıb, eri ise artıq danışa bilir.
Zaqatalada fındıq bağından yığdıqları göbelekden zeherlenen ve iki uşağını itiren valideynlerin veziyyetinde müsbet irelileyişler elde olunub.
Kliniki Tibbi Merkezin toksikologiya şöbesinin müdiri Azer Maqsudovun ANS PRESS-e verdiyi melumata göre, 45 yaşlı Seyfulla Balaşov ve onun heyat yoldaşı 42 yaşlı Mehriban Hemzeyeva veziyyetlerini deyerlendirmek üçün diger mütexessislerin de devet edildiyi konsolosium keçirilib.

Konsolosimun neticelerine göre, xestelerin veziyyetinde müsbet istiqametde deyişiklik gedir. "Veziyyeti daha ağır olan Mehriban Hemzeyeva 1-ci dereceli koma veziyyetinden çıxıb. Seyfulla Balaşovun ise veziyyeti daha yaxşıdır. Kişi artıq danışa bilir, verilen suallara cavab verir. Qadın ise hele danışa bilmir".

Xatırladaq ki, Zaqatala rayonunun Yuxarı Tala kend sakinleri, bir ailenin 4 üzvü - 1968-ci il tevellüdlü Balaşov Seyfullah Hesen oğlu, onun heyat yoldaşı, 1971-ci il tevellüdlü Hemzeyeva Mehriban Qurban qızı ve iki övladları - 2003-cü il tevellüdlü Balaşova Zümrüd Seyfullah qızı ve 2005-ci il tevellüdlü Seyfullah oğlu oktyabrın 23-de göbelekden güclü zeherlenme diaqnozu ile Zaqatala MRX-a daxil olub.
10 yaşlı Zümrüd Balaşova ve 8 yaşlı qardaşı Mehemmed Balaşov ise hekimlerin seyine baxmayaraq dünyalarını deyişibler.



DOSTLARINLA PAYLAŞ:

oyunlar