Zaqatala polisi 3 tona yaxın narkotik vasitəni məhv edib
16 İyun 2010 Çərşənbə 17:55
Zaqatala Rayonunda yabanı halda bitən 4430 ədəd çətənə kolu aşkar edilib.
Narkomaniya ilə mübarizə təbirləri çərçivəsindən Zaqatala və Bərdə rayonlarında külli miqdarda narkotik vasitə məhv edilib. Daxili İşlər Naziriliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, Zaqatala rayon polis şöbəsinin əməkdaşları tərəfindən rayonun Aşağı tala kəndi ərazisində yabanı halda bitən 4430 ədəd çətənə kolu aşkar edilib. Çəkisi 2800 kiloqram olan narkotik vasitə polis əməkdaşları tərəfindən məhv edilib.

Bərdə rayonunun Əyricə kəndi ərazisində isə 1783 ədəd çətənə kolu məhv edilib. Ümumi çəkisi 1426 kiloqram olan çətənə kolları rayon polis şöbəsinin əməkdaşları tərəfindən məhv edilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar