Bu gün Baş Prokuror Zakir Qaralov Hüquq Müdafiəçilərinin Monitorinq Qrupunun üzvlərini qəbul edib. Görüşdə Azərbaycanda insan haqlarının vəziyyəti, həbsdə olan jurnalistlər, Bənənyar olayı, mənzil hüququ və başqa məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Bu barədə Turana hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib.
Onun sözlərinə görə, baş prokuror hüquq müdafiəçilərinin qaldırdıqları məsələlərin araşdırılacağını bildirib.
Görüşdə Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı və Çingiz Qənizadə iştirak edib. ANSPRESS
Zakir Qaralov hüquq müdafiəçiləri ilə görüşüb
Zakir Qaralov hüquq müdafiəçiləri ilə görüşüb. Görüşdə Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı və Çingiz Qənizadə iştirak edib.




Şərhlər