Zakir Qaralov: "Əli Kərimlinin kimin sifarişini yerinə yetirdiyi bizə məlumdur"
15 Aprel 2011 Cümə 12:53
Zakir Qaralov: "2 aprel aksiyasının təşkilatçı və iştirakçılarından 9 nəfərin cinayət məsuliyyətinə cəlb olunub".
“Azərbaycanda radikal müxalifət yenidən ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərir". Bunu jurnalistlərə açıqlamasında Baş prokuror Zakir Qaralov deyib.
"Bu sifarişlərin haradan qaynaqlandığı bizə məlumdur. Radikal müxalifət bilməlidir ki, Azərbaycanda hüquqi-dünyəvi dövlət qurulub, bütün ictimai-siyasi prosesləri qanunlar tənzimləyir. Əgər hər hansı aksiyanın keçirilməsinə icazə verilmirsə, həmin qanunsuz aksiyanın qarşısı qətiyyətlə alınacaq”, - deyə Zakir Qaralov vurğulayıb.
Baş prokuror 2 aprel aksiyasının təşkilatçı və iştirakçılarından 9 nəfərin cinayət məsuliyyətinə cəlb olunduğunu bildirib: “Təşkilatçılar haqqında məsələyə istənilən vaxt baxıla bilər. Əli Kərimli qanuna hörmətlə yanaşmalı, gəncləri qanunsuzluğa, itaətsizliyə, zorakılığa sövq etdirməməlidir. Onun kimin sifarişini yerinə yetirdiyi bizə məlumdur”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: