Zakir Həsənov Türkiyəyə səfər edir
24 Dekabr 2013 Çərşənbə Axşamı 12:11
Bu gün Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov və başçılıq etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edəcək.
Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, müdafiə naziri Zakir Həsənovun Türkiyə səfəri hələlik başlamayıb.

Z.Həsənovun Türkiyəyə səfəri 24-25 dekabr tarixlərinə nəzərdə tutulub: “Səfər hələlik baş tutmayıb. Baş tutandan sonra ətraflı məlumat veriləcək”.

Qeyd edək ki, müdafiə nazirinin səfər zamanı Türkiyə prezidenti Abdulla Güllə də görüşəcəyi bildirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar