Zakir Hesenov Serbiya seferini başa vurdu
19 Fevral 2014 Çərşənbə 09:50
Müdafie naziri Zakir Hesenov bu seferin herbi sahede emekdaşlığa mühüm töhfe vereceyine ümidvar olduğunu qeyd edib.
Müdafie naziri general-polkovnik Zakir Hesenovun Serbiya Respublikasına resmi seferi başa çatıb. ANS PRESS-in Müdafie Nazirliyinin saytına istinaden verdiyi melumata göre, seferin son günü müdafie naziri general-polkovnik Zakir Hesenovu Serbiya Respublikasının prezidenti Tomislav Nikoliç qebul edib.
Görüş zamanı müdafie naziri resmi seferinin uğurla keçdiyini vurğulayaraq, Azerbaycan ve Serbiya Respublikalarının prezidentlerinin seyleri neticesinde elaqelerin süretle inkişaf ederek strateji terefdaşlıq seviyyesine çatmasından memnunluğunu bildirib.
Müdafie naziri bu seferin herbi sahede emekdaşlığa mühüm töhfe vereceyine ümidvar olduğunu qeyd edib.
Müdafie naziri general-polkovnik Zakir Hesenovun rehberlik etdiyi nümayende heyeti Vetene dönüb.
DOSTLARINLA PAYLAŞ: