Müdafie naziri Zakir Hesenov Ermenistan ile Azerbaycan arasında münaqişenin regional sabitliye esas tehlüke olduğunu deyib.
Müdafie naziri general-polkovnik
Zakir Hesenov Qazaxıstan Respublikasının Azerbaycan Respublikasındakı fövqelade ve selahiyyetli sefiri Amangeldı Jumabayevi qebul edib. ANS PRESS-in Müdafie Nazirliyinin saytına istinaden verdiyi melumata göre, müdafie naziri qonaqları salamlayaraq, iki ölke arasında herbi sahede mövcud olan emekdaşlıq ve qarşılıqlı inamın güclenmesine xidmet eden fealiyyetleri qeyd edib, dövletlerimizin regional tehlükesizliye verdiyi töhfeleri xüsusi vurğulayıb.
Bölgedeki herbi-siyasi veziyyete toxunan müdafie naziri Ermenistan ile Azerbaycan arasında münaqişenin regional sabitliye esas tehlüke olduğunu, problemin beynelxalq hüquqa ve BMT Tehlükesizlik Şurasının müvafiq qetnamelerine uyğun helline nail olunmasının vacibliyini bildirib.
Öz növbesinde sefir dövletlerimizin elaqelerinin möhkem tarixi bazaya ve mehriban qardaşlıq münasibetlerine esaslandığını, Qazaxıstanla Azerbaycanın iqtisadi, siyasi, herbi sahede yaxın mövqeden çıxış etmesile yanaşı, Xezer denizi meselesinde de vacib terefdaş olduqlarını qeyd edib.
Sonra Azerbaycan-Qazaxıstan herbi elaqeleri ve qarşılıqlı maraq doğuran diger meseleler etrafında fikir mübadilesi aparılıb.
Görüşde Qazaxıstan Respublikası Silahlı Qüvvelerinin Azerbaycan Respublikasındakı herbi attaşesi polkovnik Almaz Bazarbayev iştirak edib.