Müdafiə naziri general-polkovnik Zakir Həsənov Litvanın səfiri Valdas Lastauskası qəbul edib.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik
Zakir Həsənov Litva Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Valdas Lastauskası qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, nazir səfirə regiondakı hərbi-siyasi vəziyyət barədə danışıb.
Söhbət zamanı nazir səfirə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.