Zakir Hesenov facebook sehifesi saxtadır
29 Oktyabr 2013 Çərşənbə Axşamı 12:10
Müdafie Nazirliyi: Zakir Hesenov adına yaradılmış facebook sehifesi saxtadır.
Müdafie Nazirliyi yeni nazir Zakir Hesenovun "Facebook"dakı sehifesi ile bağlı açıqlama verib. "Qafqazinfo"nun sorğusuna cavab olaraq Müdafie Nazirliyi metbuat xidmetinin reis müavini mayor Teymur Abdullayev bildirib ki, müdafie nazirinin adına yaradılmış "Facebook" sehifesi saxtadır:

"Azerbaycan Respublikasının müdafie naziri general-polkovnik Zakir Hesenovun adına yaradılmış “Facebook” sehifesi saxtadır. Cenab nazirin adına heç bir "Facebook" sehifesi yoxdur".

Qeyd edek ki, bir neçe gün bundan evvel "Facebook" sosial şebekesinde "general-polkovniki Zakir Hesenov" adında sehife yaradılıb ve metbuatda bu barede melumat gedenden sonra sehife yığışdırılıb. Dünenden etibaren sözügeden sehife yeniden eyni adla görünmeye başlayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar