Zakir Hesenov Ermenistanın işğalçılıq siyasetinden danışdı
05 Dekabr 2013 Cümə Axşamı 12:53
Müdafie naziri Zakir Hesenov ABŞ Dövlet katibinin kömekçisinin Avropa ve Avrasiya meseleleri üzre müavini qebul edib.
Müdafie naziri general-polkovnik Zakir Hesenov ABŞ Dövlet Katibinin kömekçisinin Avropa ve Avrasiya meseleleri üzre müavini cenab Erik Rubini qebul edib. Müdafie Nazirliyinden ANS PRESS-e verilen melumata göre, qonaq müdafie nazirini yeni vezifeye teyin edilmesi münasibeti ile tebrik ederek, ona gelecek işlerinde uğurlar arzulayıb.
Bölgedeki herbi-siyasi veziyyete toxunan müdafie naziri, Ermenistanın işğalçılıq siyasetinin davam etdiyini, bunun neticesinde sülh prosesinin yubanmasını ve danışıqların qesden uzadılmasının regiondakı şeraite menfi tesir göstermesini diqqete çatdırıb.
ABŞ-Azerbaycan elaqelerinin müxtelif saheler üzre semereli davam etdiyini bildiren müdafie naziri ikiterefli herbi emekdaşlıq istiqametinde uğurların olduğunu ve bundan sonrakı fealiyyetlerin inkişaf persektivlerini de qeyd edib.
Bölgedeki veziyyete münasibetini bildiren amerikalı qonaq, regionda sülhün berqerar olması üçün ABŞ-ın apardığı seylere ve elaqelerin genişlenmesi teşebbüslerine de toxunub.
Daha sonra regional ve ikiterefli emekdaşlıqla bağlı diger meseleler barede etraflı fikir mübadilesi aparılıb. Görüşde ABŞ-ın ölkemizdeki fövqelade ve selahiyyetli sefiri cenab Riçard Morninqstar da iştirak edib.
DOSTLARINLA PAYLAŞ: