Yunanıstan prezidenti Karolos Papulyas bu gün Milli Məclisdə olub. Parlamentin sədri Oqtay Əsədov qonağa Yunanıstanla Azərbaycan ararsında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin inkişaf etdiyini və iki ölkə arasında bir sıra sahələrlə bağlı imzalanan sənədlərin bu əlaqələrin inkişafına daha da təkan verdiyini deyib.
Eləcə də spiker Dağlıq Qarabağ münaqişəsi barədə danışıb və problemin həllində Yunanıstanın göstərdiyi dəstəyə görə qonağa təşəkkürünü bildirib.
Yunanıstan prezidenti Karolos Papulyas öz növbəsində Dağlıq Qarabağ probleminin sülh yolu ilə və beynəlxalq hüquq normaları çərəçivəsində həllinə tərfdar olduqlarını deyib.
Yunanıstan Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardır
Yunanıstan prezidenti Milli Məclisdə olub




Şərhlər