Yol polisinin qəzası ilə bağlı rəsmi açıqlama
11 Mart 2014 Çərşənbə Axşamı 14:18
İş üzrə müvafiq ekspertizalar təyin edilib, digər zəruri və təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilib.
Baş Prokurorluq Bakıda yol polisinin xidməti avtomobilinin iştirakı ilə baş verən yol qəzası ilə bağlı məlumat yayıb.

Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, martın 10-da Səbail rayonu ərazisində Ağdam rayon sakini Canpolad Otarxutun idarə etdiyi "VAZ 21074" markalı "10-ZM-297" dövlət qeydiyyat nişanlı avtomobillə həmin vaxt xidməti vəzifələrini yerinə yetirən Bakı şəhər Baş Polis İdarəsinin Yol Patrul Xidmətinin polis nəfəri Elnur Məmmədovun idarə etdiyi "BMW" markalı "10-YP-374" dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində "VAZ 21074" markalı avtomobilin sərnişini, Bərdə rayon sakini Nəbi Əzizovun hadisə yerində ölməsi, sürücü Otarxut Canpoladovun isə xəsarət alması faktı ilə bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanılıb.

İş üzrə müvafiq ekspertizalar təyin edilib, digər zəruri və təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilib.

Hazırda Səbail rayon Prokurorluğunda istintaq davam etdirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar