Yol polisi sürücülərə müraciət etdi
29 İyul 2011 Cümə 11:30
Sürücülərdən kondisioneri olmayan maşınlardan isə ümumiyyətlə istifadə etməmələri xahiş olunur.
Respublika Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə havaların isti keçməsilə əlaqədar müraciət edib. İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev ANS PRESS-ə açıqlamasında bildirdi ki, sürücülərdən soyuducu sistemi olmayan avtomobillərdən istifadə etməmək tövsiyə olunur. İdarə rəsmisinin sözlərinə görə, yayda qeydə alınan yol qəzalarının əksəriyyəti günorta saatlarında baş verib.

“Günorta vaxtlarında qeydə alınan yol nəqliyyat hadisələri istinin nəticəsində yaranıb. İsti hava və havada olan müxtəlif qazlar sürücüyə həm psixoloji, həm də fizioloji təsir edir. Sürücülərdən saat 13.00-dan 17.00-dək avtomobillərdən mümkün qədər az istifadə etmələrini, kondisioneri olmayan maşınlardan isə ümumiyyətlə istifadə etməmələri xahiş olunur”.

K.Əliyev bu problemin ictimai nəqliyyatda daha çox rast gəlindiyini bildirdi. Onun sözlərinə görə, avtobus sürücüləri daha diqqətli olmalıdırlar. “Avtobus sürücüləri təkcə özlərinin deyil, sərnişinlərin həyatları ilə də risqə gedirlər. Düzdür, rayon istiqamətində hərəkət edən avtobuslarda soyuducu sistem var, amma şəhər içərisində nəqliyyatda bu yoxdur”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar