Ölkə

Yevlaxda 18 metrlik yolka qurulub

Yevlaxda 18 metrlik yolka qurulub. Yolka 1200 oyuncaqla bəzədilib.

· Xəbərçi
Yevlaxda 18 metrlik yolka qurulub
Yevlax rayonunda Azərbaycanın ən hündür yolkalarından biri qurulub. Şəhərin Mərkəzi meydanında quraşdırılan yolkanın hündürlüyü 18 metrdir. Yolka 1200 oyuncaq və 5 mindən artıq rəngli işıqlarla bəzədilib.

Şəhər icra başçısının müavini Zərifə Məmmədovanın ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, şəhər artıq bayrama hazırdır. “Bu gündən etibarən 50 şaxta baba və qar qız şəhərin küçələrinə çıxacaq”.

Qeyd edək ki, ölkənin ən hündür yolkası paytaxtda qurulub. İki hündür yolkadan biri Azadlıq, digəri isə Azneft meydanındadır. ANSPRESS

Şərhlər