Azərbaycan prezidenti İlham Əliyev Yevlax Şəhər Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, 180 çarpayılıq Yevlax Şəhər Mərkəzi Xəstəxanasının tikintisinə başlamaq üçün Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə 2 milyon manat vəsait ayrılıb.
Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb. ANSPRESS
Yevlax Şəhər Mərkəzi Xəstəxanası tikiləcək
Prezidentinin ehtiyat fondundan Səhiyyə Nazirliyinə 2 milyon manat vəsait ayrılıb. Yevlax Şəhər Mərkəzi Xəstəxanası tikiləcək.




Şərhlər