Yeni nazir Selim Müslümov danışdı
23 Oktyabr 2013 Çərşənbə 12:10
Yeni Emek ve ehalinin soaial müdafiesi naziri Selim Müslümov danışdı.
İlham Əliyev üçüncü prezidentlik müddətinə hökumətin tərkibində müəyyən dəyişikliklər apardı. Prezidentin sərəncamı ilə yeni təyinat almış nazirlərdən biri Səlim Müslümovdur. Ölkə başçısı onu Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsindən çıxarıb, əmək və əhalinin sosial müdafiəsi naziri təyin etdi.

"Modern.az" saytı yeni əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun təəssüratlarını öyrənib. Həmişə mediaya açıq olan nazirlik rəhbəri hazırda gərgin iş rejimində çalışdığını bildirib. Bir-birinin ardınca təbrik zəngləri aldığını deyən S.Müslümov bu gün ərzində geniş açıqlama verə, danışa bilməyəcəyini söyləyib.

“Çox üzr istəyirəm. Amma bu gün danışa bilməyəcəyəm. Gərgin iş rejimində çalışıram. Yanımda da çoxlu adam var”, – deyə Səlim Müslümov bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar