Yeni metro stansiyaları Avtovağzal və Dərnəgül adlandırılıb
24 May 2011 Çərşənbə Axşamı 10:55
Yeni metro stansiyaları Avtovağzal və Dərnəgül adlandırılıb. Nazirlər Kabineti bu barədə qərar qəbul edib.
Azərbaycan Respublikası Nazirlər Kabineti Bakı Metropoliteninin yeni tikiləcək stansiyalarının adlandırılması barədə qərar qəbul edib. ANS PRESS-in xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin rəsmi saytında yerləşdirilən qərarda bildirilir.
Məlumatda bildirilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Bakı şəhəri, Binəqədi rayonu, Moskva prospektində yerləşən Bakı Metropoliteninin yeni tikiləcək stansiyası “Avtovağzal” adlandırılsın.
2. Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində yerləşən Bakı Metropoliteninin yeni tikiləcək stansiyası “Dərnəgül” adlandırılsın.
3. Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Metropoliteni bu qərardan irəli gələn məsələləri həll etsinlər.
4. Bu qərar imzalandığı gündən qüvvəyə minir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: