Ölkə

Yeni il gecəsi “Mavi Ay” görünəcək

Yeni il gecəsi “Mavi Ay” görünəcək. Bu, təbiətdə nadir hadisələrdən hesab olunur.

· Xəbərçi
Yeni il gecəsi “Mavi Ay” görünəcək
Şimali və Cənubi Amerika, həmçinin Avropa və Afrika sakinləri Yeni il gecəsi təbitədə nadir hadisələrdən sayılan “Mavi Ay” görmək imkanı əldə edəcəklər. Sözügedən ayı xüsusilə, Nyu - York sakinləri və turistləri görəcək.

Alimlərin sözlərinə görə, "Mavi Ay"ın görünməsi təqribən 2,5 ildən bir olur, lakin Yeni il gecəsi onun görünməyi isə 19 ildən bir təsadüf edir.

Xatırladaq ki, sonuncu dəfə belə bir hadisə 1990-cı il 31 dekabr tarixində baş verib. Növbəti dəfə “Mavi Ay”ı görmək 2028-ci ilin dekabrında mümkün olacaq.

Hava yaxşı olarsa “Mavi Ay”ı Şimali və Cənubi Amerika, Avropa və Afrika sakinləri də görə biləcək. ANSPRESS

Şərhlər