Yengə üçün qara deşik: Ora Baxmayın!
16 Aprel 2011 Şənbə 05:15
Camaat qapı deşiyindən baxmağı hər yerdə sevir
Camaat qapı deşiyindən baxmağı hər yerdə sevir…

Amma yalnız bizim milli adətlərimizdə ismətə bir yengə baxışı var və bu peşənin obyektiv daşıyıcıları hamının hər şeyinə bir gözlə baxır. Çünki qapı deşiyi elə bir gözə sığışır.

Azərbaycanın milli-mənəvi mülkiyyətı barədə danışmaq həmişə qıcıq doğurub. Yəni bir başa efirdən aşıqlardan danışanda aşıqlar, bir başa efirdə aşiqlərdən danışanda Zəlimxan Yaqub məhkəməyə çevirilib. Əslində isə toxunulmaz mövzu olmamalı. Toxunulmaz insan olmamalıdır. Və əgər bu gün kimsə öz quraşdırılmış ağsaqqallığının dayaqlarının laxladığını və ya tüklərinin töküldüyünü hiss edirsə, bunun günahı məkanda yox, zamanda, zəmanədədir. Əlbəttə əvvəllər kimsə kiminsə qızını alanda onun qapısına yalandan da olsa ağsaqqal-qarasaqqal aparardı. Buna qədər oğlan və qız öz aralarında alış-veriş etsə də, hər halda el gözünə bir tamaşa düzəldərdilər… şirin çay, həri nə bilim daha nə… Amma elə ki, “Toy Olsun” verilişi meydana çıxdı, bəzi quraşdırılmış ağsaqqallar gördülər ki, ay dadi bidad, bunlardan heç soruşan yoxdu axı… Adaxlılar birbaşa efirə özləri zəng vururlar, utanmadan studiyaya gəlirlər… Bəyəndiyini də, bəyənmədiyini də özləri deyirldər…

Aləm dəydi bir-birinə.
Milli Mənəvi dəyərlərimizin xilaskarları ağızları köpüklənə-köpüklənə özlərini televiziya mütəxəssisi yerinə qoydular. Bəzidləri isə hətta irəli gedərək bəyan etidilər ki, belə verilişlər verən kanalları sadəcə olaraq bağlamaq lazımdır…

Doğrudur, az sonra Dövlət Başçısının başqa bir müşavirəsi oldu və bu toplantıda o Toy Olsunun yox, rüşvətin, korrupsiyanın, süni bahalaşmanın, inhisarçılığın yaratdığı problemlərdən danışıldı. Prezident, bizə televiziya dərsi keçənlərə əsl bəlalırın yerini nişan verdi, amma məsələ bunda deyil….Sözümü ona gətirirəm ki, sanki kimlərsə xalqın diqqətini əsas problemlərdən yayındırmaq, necə deyərlər, şounu qadağan şousu yaratmaq yolu tutmuşdular… Elə missiya da xalqın qəbul edəcəyi idi: MİLLİ MƏNƏVİ DƏYƏRLƏR UĞRUNDA MÜBARİZƏ!!! Az qallı inanacaqdılar…

…Amma bu yaxınlarda baş verən bir hadisə, əslində milli mənəvi dəyərlərimizdə doğrudan da mövcud olan böhrandan xəbər verdi: Xalq artisti Aygün Kazımovanın müğənniliyə yenicə başlayan qızı İlqarənin bir neçə oğlanla yüngül-yüngül zarafatlaşdığı görüntülər əvvəlcə telefonlarda yayıldı, sonra isə sosial şəbəkələrdə dövriyyə buraxıldı… Əlbəttə, Aygün Kazımova Azərbaycanda orta statisik qadın obrazına uyğün gəlmir, onun şəxsi həyatına rəva gördüyü sərbəstlik cəmiyyətdə birmənalı qarşılanmır. Amma heç kəs and içə bilməz ki, o öz balasını hər bir anadan dlaha az sevir… Anna anadır və bu baxımdan bir qadının balasının yeniyetmə ehtiyatsızlığı nəticəsində üzləşdiyi problem məncə Zəlimxan Yaqubdan tutmuş Məlahət Həsənliyə hər kəsi gərək narahat edəydi. Çünki söhbət doğrudan da milli-mənəvi dəyərlərimtizin aşınmasından gedirdi…

Buna qədər də belə hadisələr olmuşdu. Hansısa reperin narkotik qəbul edərkən düşdüyü vəziyyətdə, hansısa müğənninin sərxoş vəziyyətdə, hansısa aktyorun arzuolunmaz bir vəziyyətdə çəkilmiş təsvirləri sosial şəbəkələrə düşmüşdü. Və elə bu təsvirləri çəkən də, yayan da Koroğlunun dəliləri, Dədə Qorqudun ağığllıları idi. Elə körpə uşaqların pornoçəkilişlərini telefonlara yerləşdirən, zəifliiyindən istifadə edərək bir gənc qızı bədbəxt edləndən sonra onu görüntüləri müqabilində şantaj edərək dotslarına, yoldaşlarına təklif edən və nəhayət qızın intiharına səbəb olanlar da Azərbaycanın mərd, daha doğrusu namər övladlarıdır. Aygün Kazımovanın qızı İlqarə ilə baş verənlər milli mənəvi dəyərlərimizin əslində ekskluziv bir şey olmadığını göstərdi. Biz qapı deşiyindən baxmağı sevirik. Nə fərqi var ki, hədəfdə Röyadı, Aygündü, İlqarədi, Elarizdi və ya tanımadığımız başqaları… Milli Mənəvi dəyər heç də aşıq papağı qoyub, qalife şalvar geyinib Əsli-Kərəm dastanı oxumaq deyil. Yeri gəlmişkən Əsli-Kərəm dastanı da görünür elə yengələrin dilindən çıxıb. Yoxsa kim idi görən ki, Əslinin 40 düyməli donunu Kərəm necə açır, onun 39 düyməsi açılandan sonra 40-cı düyməyə toxunan kimi qalan 39-u yenidən necə bağlanır…

…Bir sözlə İlqarənin görüntüləri yayılanda mən gözləyirdim ki, bizim ağsaqqallarımız, İctimai Valideyn Ştatına müddətsiz müqavilə ilə özünü pərçim edənlərimiz ortaya çıxacaq və səslərini qaldıracaq, Toy olsun-a evilənməyə gələnlərin qarşısına Çin Səddi kimi duracaq. Amma sədd arzumu çin çıxmadı…Hamı baxdı və getdi. Biz isə getmirik. Bir zamanlar Azərbaycan kişisi hətta görüşdüyü qadının adını belə deməzdi ki, kişilikldən deyil… Amma indi: təsəvvür edirəm. Bu çəkilişi necə aparıblar, sonra onu bir-birinə necə şəstlə göstəriblər…sonra neəc yayıblar… kişiliklərindən qürrələniblər də. Hətta üzr istəməyi belə kişiliklərinə sığışdırmırlar… Bilmirəm, görünür doğrudan mənəvi dəyərlər dəyişib…

Əlbəttə, Aygün Kazımova öz taleyinin ərazi bütövlüyü çərvçivəsində yaşayır. Yəni ola bilsin ki, İlqarənin başına gələnlərdə məsələn, elə Aygünun bir zamanlar lağa qoyduğu və sosial şəbəkələrdə yüz min dəfələrlə baxılan Elarizin qarğışı var.

Ağsaqqal müəllim və Ağbirçək xanımlara isə bir daha xatırladıram: Sizin qarşısını almaq istədiyiniz bizim şou ilə, sizin laqeyd laqeyd göz önündən keçirdiyiniz şəbəkə şoularının bir böyük fərqi var. Bizim şounun aparıcıları istəyir ki. Toy Olsun!!!

İkinci şounun müəllifləri isə istəyir k ən zazı bir nəfərin toyu olmasın!

Xahiş edirəm. Milli Mənəvi dəyərlərimizi qoruyursunuzsa, bu qızcığazı bu oğlancaqlardan qoruyun…

Yoxsa baxmağa deşik tapmayacaqsınız!!!

Mir Şahin




DOSTLARINLA PAYLAŞ:

oyunlar