Yenə qar yağacaq
11 Fevral 2010 Cümə Axşamı 11:35
Havanın temperaturu düşəcək. Yenə qar yağacaq.
Yaxın 3 gündə Bakıda və Abşeron yarımadasında yenidən qar yağacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeoroloji Proqnozlar Bürosundan ANS PRESS-ə verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gündüz 2-4° isti, axşam 0°-yə yaxın olacaq.

Fevralın 12-də hava arabir yağıntılı olacaq. Qar yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-2° şaxta, gündüz 1-3° isti olacaq.

Fevralın 13-də qar yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Şimal-şərq küləyi əsəcək, günün ikinci yarısında cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1° şaxtadan 1°-dək isti, gündüz 3-5° isti olacaq.

Fevralın 14-də də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Səhər yarımadanın bəzi yerlərində çiskinli, yağıntılı olacağı ehtimalı var. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 0-2° isti, gündüz 4-6° isti olacaq.

Azərbaycanın rayonlarında fevralın 12-də arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı şərq rayonlarında intensiv olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0-4° şaxta, gündüz 1-5° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 0-3° şaxta olacaq.

Fevralın 13-14-də hava arabir yağıntılı olacaq, bəzi yerlərdə sulu qar, qar yağacaq. Ayın 13-də gecə ayrı-ayrı şərq rayonlarında intensiv olacağı ehtimalı var. 13-də gündüz qərb rayonlarında, 14-də gündüz şərq rayonlarında tədricən kəsiləcək. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0-4° şaxta, gündüz 3-7° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-3° şaxta olacaq. Bəzi ərazilərdə yolların buz bağlayacağı gözlənilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar