Yazıçılar Birliyində qalmaqal
16 İyul 2011 Şənbə 23:49
Süleyman Rəhimovun xatirəsi iki yazıçı nəsli arasında anlaşılmazlıq yarada bilər.
Azərbaycanın məşhur yazıçılarından biri olan Süleyman Rəhimovun xatirəsinin lazımı səviyyədə əbədiləşdirilməməsi iki yazıçı nəsli arasında sözün əsl mənasında qan davasına səbəb ola bilər. Söhbət Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla qurumun üzvü yazıçı Şamo Arif arasında yaşanan qalmaqaldan gedir. Əsas məsələ isə 2000-ci ildə Heydər Əliyevin Süleyman Rəhimovun xatirəsinin əbədiləşdirilməsi ilə bağlı verdiyi sərəncamdan irəli gələn məsələlərin yerinə yetirilməməsidir. Şamo Arif Rəzul Rza və Süleyman Rəhimovun gənclik illərini, o illərdə baş verənləri çözərək, Yazıçılar Birliyinin sədrini onun atası Süleyman Rəhimovun yubiley mərasimini keçirməməkdə, atasına qarşı qısqanc münasibət göstərməkdə qınayır.
“Sərəncama əsasən, atamın heykəli qoyulmalı, ev muzeyi yaradılmall, 10 cildliyi buraxllmall, “Süleyman Rəhimov-100” sənədli filmi çəkilməli idi. Bir-iki kitab çap olunmaqla Heydər Əliyevin sərəncamına layqed yanaşıldı. O, işlədiyiniz binada yaşayıb, bir dənə orada barolyefi, xatirə lövhəsi yoxdur, bu nə deməkdir?”,- deyə Şamo Arif bildirib.
Yazıçılar Birliyinin 1-ci katibi Fikrət Qoca isə Şamo Arifin 2000-ci ildə Süleyman Rəhimovun 100 illiyinin keçirməsi ilə bağlı sərəncamın yerinə yetirilməməsi ilə bağli ittihamlarını əsassız adlandırdı. Deyilənlərlə razılaşmır. Onun sözlərinə görə, sərəncamdan sonra Süleyman Rəhimovun kitabları çap olundu, adına küçə verildi və dərsliklərdə onun yaradıcılığına geniş yer verildi: “Mən özüm dəfələrlə Anarın məktub yazdığının, müraciət etdiyinin şahidi olmuşam. Məndə məktublar da var, cavablar. Mən də məktub var ki, orada başda Süleyman Rəhimov olmaqla 6 nəfərin adı var. Bunlar qəhrəmanlıq deyil, bizim işimizin adıdır. Mədəniyyətimizə qayğıdır, gündəlik işimizdir”.
Mədəniyyət və Turizm Nazirliyində isə deyirlər ki, ötən il Xalq yazıçısı Süleyman Rəhimovun 110 illiyi dövlət səviyyəsində qeyd olunub. Məlumata görə, həmin tədbirdə yazıçının o biri oğlu Aqil Rəhimov da iştirak edib. Qəribəsi isə budur ki, onun xatirəsinin əbədiləşdirilməsini Şamo Arif özü də etiraf edir.
“İndi təzəliklə ölkə prezidenti İlham Əliyevin təşəbbüsü ilə Ev muzeyi yaradılır. Ümid edirəm ki, Süleyman Rəhimov öz haqqını tapacaqdır”,- deyə Şamo Arif əlavə edib.
Fikrət Qoca Yazıçılar Birliyinin rəsmisi kimi Şamo Arifi həqiqəti qəbul etməyə və qurumla aralarında yaranmış mübahisəli məsələyə son qoymağa çağırdı. anspress
DOSTLARINLA PAYLAŞ: