Yay vaxtına keçdik
27 Mart 2011 Bazar 05:07
Mütəxəssislərin fikrincə, saat dəyişikliyi əhalinin yalnız 10-15 faizində narahatlıq yarada bilər.
Azərbaycanda yay vaxtına keçildi. Bir neçə dəqiqə əvvəl saatların əqrəbi bir saat irəli çəkildi. Bununla da Azərbaycanda yay vaxtına keçid tətbiq olunmuş sayılır.
Qeyd edək ki, Azərbaycanda yay vaxtına keçid Nazirlər Kabinetinin qərarı əsasında 17 mart 1997-ci ildən həyata keçirilir. Nazirlər Kabinetinin qərarına əsasən, hər il martın son bazar gününə keçən gecə Azərbaycan yay vaxtına keçir və əqrəblər bir saat irəli çəkilir. Oktyabrın son bazar gününə keçən gecə isə qış vaxtına keçid olur və saatların əqrəbi bir saat geri çəkilir.
Mütəxəssislərin fikrincə, saat əqrəblərinin bir saat irəli, ya da geri çəkilməsi əhalinin yalnız 10-15 faizində narahatlıq yarada bilər. 2-3 gündən sonra isə bu, vərdiş halına çevrilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: