Azərbaycanda turizm mövsümünün başlanması ilə əlaqədar bu gün Bakının Novxanı qəsəbəsində mərasim keçirilib. ANS PRESS-in məlumatına görə, AF Hoteldə yay turizm mövsümünün açılışı ilə bağlı tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəz Qarayev bildirib ki, ildən-ilə turizm infrastrukturunun genişlənməsi sevindiricidir: «Bu il 258 mehmanxana və onlara bərabər müəssisələr lisenziya alıb".
Onun sözlərinə görə, son iki ayda lisenziya alan turizm müəssisələrinin sayı 58-ə çatıb.
"Ötən il Azərbaycanda 30-35 yeni turizm müəssisəsi tikilib. Bu ilin sonuna qədər, yəni gələn turizm mövsümünə qədər isə 56 turizm müəssisəsi istifadəyə veriləcək»,- deyə o vurğulayıb. /ANS PRESS/