"Yaxşı olardı ki, ürəyim partlayardı, çünki Anar artıq yoxdur"
26 Aprel 2011 Çərşənbə Axşamı 19:15
"Bilin, siz olduqca böyük itkiyə məruz qalmısınız, çünki onun dostluğu özündə bütün dünyanı yerləşdirə bilərdi"
Çox düşünürdüm, bu barədə necə yazım, ümumiyyətlə yazımmı? Bütün gecəni düşünmüşəm.
Dünən mən dostumu itirdim. O, qəflətən dünyasını dəyişdi, bir an içində. O, beləcə də zarafat edirdi. Bax beləcə, o, düşünərək hər hansısa mənasız söhbəti olduqca mənalı və vacib müstəviyə keçirirdi. Cəmi bircə sözlə...
Bununla belə, bu da gülməli alınırdı. Beləcə də ən şən zarafatında bir azca kədər də vardı.
Bax beləcə, bir an içində biz onunla rastlaşdıq, tanış olduq və bir saatdan sonra dost olaraq ayrıldıq. Amma anlayırdıq ki, bundan sonra bir-birimizsiz, zəngləşmədən, görüşmədən, mən Bakıda olduqda (gec-gec olsa da), o Moskvada olduqda hər hansısa birgə planları müzakirə etmədən olmur, sadəcə mümkün deyil. Məni heç kəs ondan başqa “qardaş” adlandırmayıb – baxmayaraq ki, doğma qardaşım heç vaxt olmayıb. Bu, sadəcə onun xüsusi müraciəti idi.
O, yegənə insan idi ki, hər an, istər gündüz, istərsə də gecə zəng edə bilərdi. Mən telefonu demək olar ki, heç vaxt söndürmürəm, amma real olaraq hər an bircə o zəng edə bilərdi. Heç yadıma belə düşmür ki, mən nə zamansa düşünüm ki, onun zənginin dəstəyini götürüm və yox? Yaxud da deyim ki, “Anar, sən dəli olmusan, gecə saat üçdür”. Əgər o, mənim qardaşım zəng edirdisə, bu vacib olmaya da bilərdi, təbii ki, bununla belə tamamilə təxirəsalınmaz idi.
Mən nə zamansa Vladimir Maşkovla haradasa bir yerdə olsam, baxmayaraq ki, biz onunla tanış deyilik, mən ona bir zamanlar Bakı vaxtı ilə saat 4-də Anarla birgə ona Amerikaya zəng etdiyimizi xatırladacam. Təsəvvür edə bilmirəm ki, orada saat neçə idi. Hardasa 20 dəqiqə boş-boş danışmışıq. Bu da normal hal idi. İndi isə bu, sadəcə bu insanı xatırlamaq üçün bir səbəb olacaq. Bu dahi insanı xatırlamaq üçün səbəb...
Azərbaycanda demək olar ki, onu hər kəs tanıyırdı. Mən bu ölkədə olduqda, bunda hər addımbaşında əmin olurdum. Çünki, bu, onun evi idi. Mənim üçün isə bu ev artıq boş qalıb – iri bir ev indi sığınacaqsız qalıb.
Anar Məmmədxanovu, “Baklı oğlanlar” Şən və Hazırcavablar Klubunun keçmiş kapitanını bütün dünyada bir çox insanlar tanıyırdı. Demək olar ki, bütün dünyada. Bir kərə böyük bir kompaniyada şahidi olmuşam ki, necə Qarik Martirosyan Anarın Robert de Niro ilə dostluq sərgüzəştlərinin olduğuna inanmadığını danışırdı. Sonra isə bu söhbəti televizorla Aleksandr Abdulovun danışdığından eşidib: “Bir kərə biz Robert de Niro və Anar Məmmədxanovla birgə festivalda oturmuşduq...”
Beləliklə, məlum olduğu ki, baron Menhauzen özünün sərgüzəştləri ilə tanınmırdı, yalan danışdığına görə daha məhşur idi. Ümumiyyətlə, onlarla insan, minlərlə insan üçün Anar Məmmədxanov əsl azərbaycanlı idi.
Bu əvəzolunmaz itkidir. Ola bilər ki, siz bu dahi insan haqqında bir o qədər də çox bilmirsiniz. Bilin, siz olduqca böyük itikiyə məruz qalmısınız, çünki onun dostluğu özündə bütün dünyanı yerləşdirə bilərdi.
Siz onun maşınla gətirə bilərdiniz, onunla restoranda otura bilərdiniz, yaxud da onunla qarderobda tamaşadan və konsertdən sonra bir növbədə görüşə bilərdiniz. Bu da sizin bəxtinizdən irəli gələrdi. Bir sözlə, şans vardı.
Nur saçan tərəfdən, bilirsinizsə, artıq dünəndən biri də söndü.
Şənbə günü onun böyük ürəyi daha yaşamaqdan imtina etdi. İnanın, mən daha belə bir başqa adam tanımırdım ki, özünün sağlığı haqda ciddii düşünsün. Anar kimi, öz sağlamlığına diqqətlə və istehza ilə yanaşsın. Onun üç övladı qaldı və təbii ki, mənimlə ötən yay tanış etdiyi möhtəşəm insanlar olan valideynləri qaldı. İndi onlar öz oğullarını, özlərinin fəxrlərini və özlərinin dünyasının bir hissəsini torpağa tapşırdılar. Belə olmamalıdır, olmamalıdır!!
İlahi, mən Səni çox gözəl anlayıram. Sənin yanında xeyli bizimkilərdən var. Əla yumor hissi olan uşaqlardan, həyat dadını bilən və özünüistehza etməyi bacaran insanlardan çoxdur. Yəni, sevgini anlayanlar insanlardan. Artıq təəssüf ki, onları bir kompaniyaya birləşdirmək vaxtıdır. Orada, burada yox. Heç kəs bilməsə də, Sən bilirsən ki, Anar bunun da öhdəsindən gələcək.
Şən – bu o söz deyil. Klounlarla şən olur. Anarla isə hər zaman lazım olduğu kimi idi. Ondan hamı hər zaman zarafat gözləyirdi, o da buna hər zaman hazır idi. Ondan sonra da hamıya qalan ancaq onlar idi. Bəlkə də bizlərdən çoxumuz bu gözəl insan haqqında birinci dəfədir eşidirik. Amma ən yaxşı əhvalatlarını, özünün ən yaxşı əhvalatlarını qeyd edirdi. Onlar da o qədər idi ki...
Mən onun qeydlərini oxuduqca, gülməli olsa da, hələ də onun səsini eşidirəm. Bu an mənim ürəyim parçalanır. Yaxşı olardı ki, o da bir an içində partlayardı. Çünki Anar artıq yoxdur.
DOSTLARINLA PAYLAŞ: