Yaxın üç gündə ölkə ərazisində havanın hərarəti 35 dərəcəyə kimi artacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin ANS PRESS-ə verdiyi məlumata görə, iyun ayının 12,13 və 14-də Bakı və Abşeron yarmadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. İyunun 14-də axşam saatlarında buludluluğun artacağı proqnozlaşdırılır. Axşam saatlarında cənub küləyi şimal-qərb küləyinə keçəcək. Havanın temperaturu gecə 18-21° isti, gündüz 27, bəzi yerlərdə 35 dərəcəyə çatacaq.
Azərbaycanın rayonlarında iyun ayının 12-də hava yağmursuz olsa da, gecə və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. Ayın 13-14-də də şimşək çaxacağı proqnozlaşdırılır. Havanın temperaturu gecə 17-22° isti, gündüz 29-34° dərəcəyə çatacaq. /ANS PRESS/