Yatmış Bakı sakini hamını ayağa qaldırdı
20 Mart 2014 Cümə Axşamı 04:18
Məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.
Bakı şəhəri, Xətai rayonunda 1996-cı il təvəllüdlü 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

FHN mətbuat mərkəzindən ANS PRESDS-ə daxil olan məlumata görə, dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.

Xilasedicilər çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açıblar.

Mənzilə baxış keçirilərkən vətəndaş yatmış vəziyyətdə aşkarlanıb. Bununla da vətəndaşa xilasedicilər tərəfindən müvafiq köməklik göstərilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar