Yaşar Əliyev: “Yanvarın 20-də Bakı polisi gücləndirilmiş rejimdə işləyəcək”
18 Yanvar 2010 Bazar Ertəsi 11:40
Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Yaşar Əliyev: “Yanvarın 20-də Bakı Polis Qarnizonu gücləndirilmiş rejimdə işləyəcək”.
“Yanvarın 20-də Bakı Polis Qarnizonu gücləndirilmiş rejimdə işləyəcək”. Bu sözləri APA-ya açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Yaşar Əliyev deyib. Onun sözlərinə görə, 20 Yanvar faciəsinin 20-ci ildönümü ilə əlaqədar Daxili İşlər Nazirliyində tədbirlər planı hazırlanıb: “Həmin plana əsasən, yanvarın 20-si səhər saat 8-dən, axşam saat 18-dək Parlament prospekti və Mehdi Hüseyn küçəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq. Şəhidlər xiyabanını ziyarət saat 11.00-dan başlayacaq və 19.00-dək davam edəcək. Vətəndaşlar 20 saylı orta məktəbin qarşısından Parlament prospekti ilə Şəhidlər xiyabanı istiqamətində hərəkət edəcəklər”.

Y. Əliyev yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edəcək vətəndaşların təhlükəsizliyinin tam təmin ediləcəyini vurğulayıb. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar