Yasamal rayonunda içməli suyun verilişində məhdudiyyətlər yaranıb
06 İyul 2011 Çərşənbə 11:44
Səbəb 350 mm diametrli xətdə baş vermiş qəzadır.
Bakının Yasamal rayonunda Akim Abbasov və Ələsgər Ələkbərov küçələrinin kəsişməsində 350 mm diametrli xətdə baş vermiş qəza ilə əlaqədar Yasamal rayonunun bəzi ərazilərinə içməli suyun verilişində məhdudiyyətlər yaranıb.“Azərsu” ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, bununla əlaqədar “Salyan kazarması” adlanan hərbi şəhərcik, İ.Qutqaşınlı küçəsi və “İzmir” prospektinin bir hissəsinin su təchizatı müvəqqəti dayandırılıb.

Qeyd edək ki, iyulun 5-i axşam saatlarından Yasamal Sukanal Sahəsinin qəza-bərpa qrupu qəzanın nəticələrinin aradan qaldırılmasına başlayıb və təmir işləri bu gün başa çatdırılacaq.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar