Yarım milyon mənimsədiyi deyilən şəxs Ədalət Fəttahov danışdı
04 Mart 2014 Çərşənbə Axşamı 14:41
Ədalət Fəttahov: Görünür bu xəbərlərin ortaya çıxmasında kiminsə marağı var.
Bakıda yarım milyon dolları dələduzluq yolu ilə ələ keçirən şəxs ittihamları qəbul etmir. Dələduzluqda ittiham edilən Ədalət Fəttahov ANS PRESS-ə açıqlamasında heç bir qanunsuzluğa yol vermədiyini deyib. Onun sözlərinə görə, Sabir Məmmədovla aralarında heç bir sözləşmə olmayıb.

“Hazırda məhkəmə gedir. Məhkəmədə də sübut edəcəyəm ki, mən heç bir dələduzluq etməmişəm. Onun iddiası yalandı. Görünür bu xəbərlərin ortaya çıxmasında kiminsə marağı var. Bütün problemlər ədalət çərçivəsində həll olunacaq. Bir daha təkrar edirəm, bütün deyilənlər yalandır”.

Qeyd edək ki, Bakı sakini dələduzluq yolu ilə yarım milyon dollar pulu mənimsəməsi barədə məlumat yayılıb. Bu barədə Bakı şəhər sakini, 1962-ci il təvəllüdlü Sabir Məmmədov polisə şikayət edib.
O, polisə ərizə ilə müraciət edərək bildirib ki, Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü Ədalət Nemət oğlu Fəttahova biznes qurmaq üçün 500 min ABŞ dolları verib. Lakin Ədalət Fəttahov onu aldadıb və pullarını qaytarmayıb.
Faktla bağlı araşdırmalara başlanıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar