Yardımlıda "Xaş-xaş" əməliyyatı həyata keçirilib
12 İyul 2009 Bazar 13:05
Əməliyyat rayonun Arvana kəndi ərazisindəki "Dəvə boynu" və "Əlvan" adlanan sahələrdə aparılıb

 

Yardımlı rayon polis şöbəsi əməkdaşları "Xaş-xaş" şərti adı altında tədbirlərini davam etdirir. Növbəti belə tədbir rayonun Arvana kəndi ərazisində "Dəvə boynu" və "Əlvan" adlanan sahələrdə keçirilib.

Yardımlı rayon polis şöbəsinin cinayət axtarışı bölməsinin rəisi Səfər Nuriyev ANS-ə verdiyi müsahibədə bildirib ki, təxminən 200-350 hektar ərazidə 75 min 500, umumi çəkisi 23 min 400 kq, 23 ton 400 kq xaş-xaş kolu yığılaraq məhvetmə komissiyasının iştirakı ilə məhv edilib.

Qeyd edək ki, rayon polis şöbəsi əməkdaşları narkotik vasitələrə qarşı mübarizəni mütəmadi olaraq davam etdirir. Növbəti belə tədbir rayonun İranla həmsərhəd kəndlərində aparılacaq. Yabanı halda bitən narkotik xassəli bitkilərin məhv edilməsi prosesində Yardımlı rayon icra hakimiyyəti yanında yaradılmış komissiyanın üzvləri və medianın nümayəndələri iştirak edib. /ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar