Yararsız mallar satan mağazaların siyahısı
02 Oktyabr 2014 Cümə Axşamı 17:23
Mağazalarda istehlaka yararsız məhsullar aşkar edilib.Yararsız mallar satan mağazaların siyahısı.
Mağazalarda istehlaka yararsız məhsullar aşkar edilib.
ANS PRESS-in İqtisadiyyat və Sənaye Nazirliyinə istinadla verdiyi məlumata görə, Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı
Bakının Sabunçu rayonunda
- Zabrat qəsəbəsi, N.Nərimanov küçəsi, ev 20 ünvanında Vüqar İbrahimova məxsus mağazada;
Sumqayıt şəhərində
- 18-ci mikrorayon, ev 25 ünvanında Musaməddin Rəhimova məxsus mağazada;
Bərdə şəhərində
- Tərtər şosesində Əli Qasımova məxsus yeməkxanada;
Qusar şəhərində
- L.Namət küçəsində Qarat Qaratova məxsus kafedə normativ texniki sənədlərin tələblərinə uyğun olmayan malların;
Bakının Binəqədi rayonunda
- 2-ci Mədən küçəsində Hamlet Abbasova məxsus mağazada;
Sabunçu rayonunda
- Zabrat qəsəbəsi, İstixana Kombinatı, ev 1 ünvanında Fuad Nağıyevə məxsus mağazada;
Göygöl şəhərində
- A.Kazımov və N.Tusi küçələrinin kəsişməsində Ceyhun Mehdiyevə məxsus mağazada;
- A.Kazımov küçəsində İcaməddin Əliyevə məxsus mağazada;
Qazax şəhərində
- Ə.Şıxlınski küçəsində Natiq Məşiyevə məxsus mağazada;
Neftçala şəhərində
- Nizami küçəsində Elçin Əsgərova məxsus mağazada;
Bərdə şəhərində
- Ü.Hacıbəyov küçəsində Fizuli Behbudova məxsus mağazada;
Ağcabədi şəhərində
- Ü.Hacıbəyli prospektində Heydər Hüseynova məxsus mağazada;
Qusar rayonunda
- Timiryazev qəsəbəsində Elxan Babayevə məxsus mağazada;
- H.Əliyev prospektində Mirvari Xibabayevaya məxsus mağazada;
Şabran rayonunda
- Pirəmsən kəndində Həzrətqulu Vəliyevə məxsus mağazada;
Şəki şəhərində
- M.F.Axundov küçəsi, ev 70 ünvanında Elxan İbadullayevə məxsus mağazada;
Qax şəhərində
- S.Qocayev küçəsində Jalə Sultanlıya məxsus mağazada;
Balakən şəhərində
- S.Gözəlov küçəsində Tofiq Bayramova məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.
DOSTLARINLA PAYLAŞ: