Yararsız erzaq malları tapılıb
22 Oktyabr 2013 Çərşənbə Axşamı 09:59
Qanun pozuntusuna yol vermiş şexsler baresinde inzibati cerimeler tetbiq olunacaq.
Respublikanın 8 şəhərində aparılan manitorinqlər zamanı yararsız ərzaq malları tapılıb. ANS PRESS-in İqtisadi İnkişaf Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən monitorinqlər zamanı 160 kq-a yaxın saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub. Yararsız məhsullar satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar