Yağmurlu, soyuq hava davam edəcək
25 Aprel 2011 Bazar Ertəsi 11:51
Temperaturun normadan aşağı olması bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər
Bakıda və Abşeron yarımadasında yağmurlu hava gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, yarımadada və paytaxtda sabah buludlu hava şəraiti üstünlük təşkil edəcək, əsasən gecə və axşam saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 6-8° isti, gündüz 12-17° isti olacaq.

Aprelin 27-də arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 9-14° isti təşkil edəcək.

Yaxın 2 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdləri meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, rütubətli hava şəraiti və mövsüm üçün temperaturun normadan bir qədər aşağı olması bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında sabah əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, duman olacağı, gündüz əsasan yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-4° isti, gündüz 8-13° isti olacaq.

Aprelin 27-də arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Mülayim qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 12-17° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-9° isti olacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar