Yağmurlu havalar yenidən başlayır
11 May 2010 Çərşənbə Axşamı 04:05
Bu gün ölkə ərazisində şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Bir neçə gündür respublika ərazisində müşahidə edilən mülayim hava şəraiti yerini buludlu, yağışlı havalara verir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimaldan soyuq hava kütlələrinin daxil olması ilə əlaqədar bu gündən etibarən ölkə ərazisində şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Hava şəraitinin dəyişməsi daha çox özünü bölgələrdə büruzə verəcək. Qərb rayonlarında isə dolu düşəcəyi proqnozlaşdırılır. Yağışlarla əlaqədar çaylarda yüksək gursululuq davam edəcək ki, bu da çayların səviyyəsinin yenidən qalxması ilə nəticələnəcək.

Temperatur rejimində kəskin dəyişiliklik olmasa da mülayim cənub küləyinin soyuq şimal küləyi ilə əvəz olunması qismən temperaturun düşməsinə gətirib çıxaracaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün dən verilən məlumata görə, bu gün Bakıda havanın temperaturu gündüz 22-24, gecə 14-16, Naxçıvanda gündüz 21-23, gecə 9-11, aran bölgəsində gündüz 20-22, gecə 12-14, dağlıq zonada gündüz 12-14, gecə 4-6 dərəcə təşkil edəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar