Xəzərdə yeni liman tikilir
25 Dekabr 2009 Cümə 15:40
Yaxın günlərdə yeni gəmi tərsanəsinin təməlqoyma mərasimi olacaq
Xəzər dənizində yeni liman tikiləcək. Bundan əlavə, yaxın 2 il ərzində yeni gəmi tərsanəsi də inşa olunacaq. Bu barədə Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov məlumat verib.

Onun sözlərinə görə, yaxın zamanlarda Xəzər dənizi regionunda analoqu olmayan bir liman tikiləcək. "Bu liman İpək yolunun üstündə yerləşən Ələt qəsəbəsində tikiləcək. Layihə artıq hazırdır, təməl qoyma məraisimi yaxın günlərdə keçiriləcək”, - deyə Qüdrət Qurbanov bildirib.

Administrasiya rəhbərinin sözlərinə görə, həmçinin gəmi tikintisi üçün yeni tərsanə də inşa olunur. “Bu tərsanə Dərin Özüllər Zavodunun ərazisində tikiləcək. Yaxın günlərdə hazırlıq işləri başa çatıb və 2 il ərzində tikinti işləri də yekunlaşacaq”, - deyən Q.Qurbanovun fikrincə bu layihə tikilib başa çatdıqdan sonra yeni iş yerlərinin açılması da gözlənilir. Onun qənaətincə, təqribən 1500-1700 yeni iş yerinin açılması gözlənilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar