Xəzərdə balıqlar kütləvi halda suyun üzərinə çıxıb
10 İyul 2012 Çərşənbə Axşamı 23:40
Onların yaratdığı mənzərə əhali arasında marağa səbəb olub.
Geridə qoyduğumuz gecə dənizkanarı bulvarda, Xəzər dənizinin sahilində olduqca maraqlı mənzərə müşahidə edilib. Belə ki, bulvarın sahilinə toplaşan balıqlar maraqla qarşılanıb. Minlərlə balıq kütləvi halda suyun üzərinə çıxıb.

Ötən gecə böyük, kiçik, bir sözlə, müxtəlif ölçülü minlərlə balıq Xəzər dənizi sahillərinə axın edib. Onların yaratdığı mənzərə marağa səbəb olub. Balıqların suyun üzərinə yığılmasına isə əraziyə axan çirkab suları səbəb olub. Vəziyyətin nə yerdə olduğunu öyrənmək üçün səhər yenidən bulvar ərazisnə baş çəkdik.

Paytaxt sakinləri bu günə kimi Xəzər dənizi sahillərində bu qədər balığı bir arada görmədiyini bildirirlər.

Öyrəndik ki, dəniz sahilinə axan çirkab suları kanalizasiya deyil, yağış xətlərindən axır. Artıq uzun müddətdir ki, ərazidəki vəziyyətin nəzarət altına alındığını söyləyən “Azərsu ASC”nin şöbə müdiri Anar Cəbrayıllı bildirdi ki, yaxın günlərdə Neftçilər prospektinin təmirə bağlanması ilə paralel olaraq, yağış xətlərinin istiqaməti idarənin balansında olan kollektorlar vasitəsilə dəyişdiriləcək.



DOSTLARINLA PAYLAŞ:

oyunlar